Bilik Tədris Mərkəzi – 20 illik uğurlu təcrübəyə malikdir və aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Türkiyə, ÇİN, Koreya, Avropa, Amerika və s. ölkələrinin universitelərinə qəbul prosesində yardımçınız oluruq.
Bizdə yalnız ciddi uğurları olmuş, Respublika və Beynəlxalq olimpiadalarda iştirak etmiş keçmiş olimpiadaçılar dərs deyir.
İnformatika Olimpiadası Hazırlığı üçün aşağıdakı siniflərə şagird qəbul edirik:
C++ dili ilə kodlaşma dərsləri, sadə əmr və alqoritmlərin öyrənilməsi və tətbiqi
kodlaşmanı bilən və az təcrübəsi olanlara yönəlik dərslər: vacib alqoritmlərin öyrədilməsi və
irəli səviyyə üçün dərslər
Dərslərin proqramı tanınmış olimpiadaçı, MİT məzunu AbutalıB-Barış Namazov tərəfindən tərtib olunub. Proqram dünyanın ən yaxşı təcrübələri əsasında hazırlanıb. Daim yenilənir.
Həftədə 3 gün hazırlıq təşkil olunur:
Dərslər həm Respublika Fənn Olimpiadaları, həm də beynəlxalq olimpiadalar hədəflidir.
Şagirdlər əlavə olaraq onlayn beynəlxalq yarış platformalarına da təşviq edilir.
Digər proqramlaşdırma dilləri daha az sürətlidir və bəzən düzgün yazılmış kod belə vaxt limitini aşıq, nəticədə həll düzgün sayılmır.
C++ isə sürətli və resurs baxımından optimal olduğu üçün dünya üzrə olimpiadalarda ən çox istifadə olunan dildir.
Ödəniş məbləği haqqında ətraflı məlumat almaq üçün bizim kurslarla birbaşa əlaqə saxlamanızı tövsiyə edirik. Bunun üçün:
Əlaqə vasitələri və ofis ünvanları ilə bağlı məlumat saytda və ya sosial media səhifələrimizdə yerləşdirilmişdir.
İnformatika olimpiadacıları üçün əsas məqsəd müxtəlif informatika yarışlarında və olimpiadalarda uğur qazanmaq, medal sahibi olmaqdır. Bu medallar həm şəxsi nailiyyətdir, həm də şagirdin akademik və karyera yolunda real üstünlüklər yaradır.
Azərbaycanda informatika üzrə Respublika və Beynəlxalq olimpiadalarda medal qazanan şagirdlər ali məktəblərə imtahansız qəbul hüququ əldə edirlər. Eyni zamanda, bu medallar şagirdin xaricdəki top universitetlərə qəbul şansını xeyli artırır. Bir çox tanınmış universitetlər, xüsusən də texnologiya sahəsində lider olanlar, bu cür nailiyyətləri qəbul zamanı mühüm göstərici kimi dəyərləndirirlər.
Bəli, belə şagirdlər var və bu heç də nadir hal deyil. Onlar artıq yüksək akademik nəticələrə malikdir, lakin informatika olimpiadasına qatılmaqda məqsədləri medal yox, alqoritmləri və proqramlaşdırmanı dərindən öyrənməkdir.
Bu şagirdlər universitetə başladıqda digərlərindən xeyli öndə olmaq, dərsləri asanlıqla mənimsəmək və fakültədə seçilən tələbələrdən olmaq istəyirlər. Eyni zamanda, gələcəkdə proqramlaşdırma sahəsində nüfuzlu şirkətlərdə işləmək hədəfləri var.
Çünki böyük şirkətlərin işə qəbul imtahanlarında çox vaxt olimpiada səviyyəli suallar verilir. Olimpiada hazırlığı olanlar bu sınaqları daha rahat keçir və peşəkar dünyaya inamla daxil olurlar.
Beləliklə, olimpiada hazırlığı yalnız medal yox, həm də universitet və karyera üçün möhkəm təməldir.
Bəli, siniflərimizdə həmişə universitet tələbələrinə rast gəlinir. Onlar proqramlaşdırma və alqoritmləri olimpiada səviyyəsində daha dərindən öyrənmək üçün hazırlığımıza qoşulurlar. Bu tələbələr kodlaşdırmanın ən mürəkkəb mərhələlərini aşmağa çalışır və əksəriyyəti etiraf edir ki, TED Bilik dərslərindən sonra universitet dərslərində daha irəli gedir və üstün nəticələr göstərirlər.
Bəli, belə hallar mövcuddur və ildən-ilə artır. Məktəb müəllimlərimizin çoxu təhsil aldıqları dövrdə olimpiada və proqramlaşdırma yarışları ilə yaxından tanış olmayıblar. Bu səbəbdən onlar öz biliklərini genişləndirmək, praktiki təcrübə qazanmaq və gələcəkdə şagirdlərini olimpiadaya hazırlamaq məqsədilə bu dərslərə qoşulurlar.
TED Bilik kursları müəllimlər üçün həm şəxsi inkişaf, həm də peşəkar hazırlıq baxımından real imkan yaradır. Bir çox müəllimlər bu hazırlıqdan sonra artıq öz məktəblərində informatika olimpiadası hazırlığı dərslərinə başlayır və nəticə əldə edirlər.
© Bütün huquqlar qorunur - Bilik Tədris Mərkəzi